20 sentyabr 2012 20:36
Tuyqun Nadirov: Belə oyun klubun adına layiq deyil
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Topaz Premyer Liqasının 4-cü turunun “Simurq”la oyunundan sonra istefa qərarını açıqlayan baş məşqçi Yunis Hüseynovun bu addımına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Rəhbərlik Hüseynovun istefasını qəbul etmədi. Ona lazımdı ki, komandanın oyununu yaxşı analiz edib, nəticələr çıxarsın. Futbolda uduzmaq olar. Amma belə yox. Bu, klubumuzun adına layiq deyil. Düzdü, ötən tur “Neftçi”yə də uduzmuşduq. Lakin layiqli oyunla. Qarşıda hələ uzun yol var. Zəif oyunun səbəblərini tapıb, aradan qaldırmaq lazımdı”.
