20 sentyabr 2012 11:14
Partizanın stadionu Neftçi ilə oyunda tam dolmaya bilər
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı qarşılaşmada stadionun heç yarısı da dolmaya bilər. Azerisport.az xəbər verir ki, matçın təşkilatçıları belə bir təhlükənin olduğunu gizlətmirlər.
Məsələ burasındadı ki, Belqradda güclü leysan yağışları hökm sürməkdədi. Bu üzdən də azarkeşlərin belə bir havada oyunu canlı izləməkdən imtina edəcəyi gözlənilir. Baxmayaraq ki, oyuna bilet satışı tam sürətlə davam edir. Matçın keçiriləcəyi “Partizan” stadionu 32 min azarkeş tutumuna malikdi ki, oyun saatına qədər bütün biletlərin satılması istisna olunmurdu. Amma son durum fərqlidi.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
