20 sentyabr 2012 11:38
Junior Nildo: Azərbaycan yığmasında oynamağa razılıq verərdim
AZAL-ın braziliyalı hücumçusu Junior Nildo azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının son turunda “Qarabağ” üzərində qələbədən, eləcə də bombardirlik arzusundan danışıb, digər sualları cavablandırıb.
- Beş turdan sonra siz çempionatın bombardirlər yarışında birinci yerdə gedirsiz. Azərbaycana gələn kimi belə uğurlu çıxış edəcəyinizi gözləyirdinizmi?
- Bilirdim ki, baş məşqçi mənə böyük ümidlər bəsləyir. Ümumiyyətlə, Vaqif Sadıqovla işləmək çox asandı. O, hər futbolçuya inanır, komandada əla atmosfer yaradıb. Amma nəticələrdən danışmaq hələ çox tezdi. Bu gün liderlik məndədi, sabah başqasında ola bilər.

- Yəni siz ən yaxşı olmaq istəmirsiz?
- Əgər mənim qollarım komandama fayda gətirəcəksə, qələbə qazanacağıqsa, onda buna sevinəcəyəm.
- Bura gələnə qədər Azərbaycan futbolu haqda nə bilirdiniz?
- Ölkə çempionatına, klublara çoxlu maliyyə vəsaiti yatırıldığı barədə eşitmişdim. Bilirdim ki, burda çoxlu legioner futbolçular çıxış edirlər. Amma bütövlükdə çempionata qiymət vermək üçün o qədər də geniş məlumatım yoxdu.

- “Qarabağ”la oyunda pokerə imza atacağınızı heç kim gözləmirdi...
- Mən özüm də belə asan qələbə qazanmağımıza təəccübləndim. Hamı deyirdi ki, “Qarabağ” çox ciddi rəqibdi, çempionatın ən güclülərindən biridi. Əslində bunda həqiqət də var idi. Bizimlə oyuna qədər də lider məhz onlar idi. Amma həmin gün onlarda heç nə alınmadı. Biz onları hələ Türkiyədəki toplanışda da darmadağın etmişdik – 4:0.
- AZAL-ın belə uğurlu startını sürpriz saymaq olar?
- Xeyr. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Turnir cədvəlinin ortalarında var-gəl etmək istəmirik. Ola bilər ki, bizim bu cür çıxışımız kimlər üçünsə sürprizdi. Amma bizim üçün qətiyyən.
- Xeyr. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Turnir cədvəlinin ortalarında var-gəl etmək istəmirik. Ola bilər ki, bizim bu cür çıxışımız kimlər üçünsə sürprizdi. Amma bizim üçün qətiyyən.
- Növbəti turda rəqibiniz “İnter”di...
- Bu komanda ilə də xüsusi tanışlığım yoxdu. Amma mənə deyiblər ki, onlar da çempionluğa oynayırlar. Bildiyim qədərilə iki dəfə artıq Azərbaycan çempionu olublar. Elə bu, hər şeyi deyir. Biz diqqətli olmalıyıq. “Qarabağ” üzərindəki qələbədən sonra bütün rəqiblərimiz bizimlə oyuna xüsusi yanaşacaqlar.
- Azərbaycan yığmasında oynamaq təklifi alsaz, qəbul edərsiz?
- Hələ mənə belə bir təkliflə müraciət edən olmayıb. Əgər baş məşqçi Berti Foqts məni yoxlamaq istəsə, düşünərəm. Yəqin ki, sonda razılaşaram.
- Hələ mənə belə bir təkliflə müraciət edən olmayıb. Əgər baş məşqçi Berti Foqts məni yoxlamaq istəsə, düşünərəm. Yəqin ki, sonda razılaşaram.