20 sentyabr 2012 11:46
Asim Xudiyevə UEFA-dan daha bir təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarda Asim Xudiyev hakimlərin idarəçiliyinə qiymət verəcək.
Bu qrupun oyunları sentyabrın 24-dən oktyabrın 1-dək Çexiyada təşkil olunacaq. Növbəti mərhələyə vəsiqə uğrunda Rusiya, Danimarka, Monteneqro və Çexiya yığmaları mübarizə aparacaq.
