20 sentyabr 2012 12:15
Deyan Stankoviç Neftçi ilə oyunda iştirak edə bilməyəcək
İtaliyanın “İnter” klubunun serbiyalı yarımmüdafiəçisi təkrar əməliyyat olunacaq. Azerisport.az xəbər verir ki, bir müddət öncə dabanından əməliyyat olunmuş təcrübəli orta sahə oyunçusunda yenidən buna ehtiyac yaranıb.
Belədə, onun ən azı iki ay yaşıl meydanlardan kənar qalacağı dəqiqdi. Bu, həm də milanlıların üzvünün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı oynamayacağı anlamına gəlir.
Qeyd edək ki, bu gün Rusiya “Rubin”i ilə qarşılaşan “İnter”in “Neftçi” ilə qarşılaşması oktyabrın 4-də Bakıda baş tutacaq.
