20 sentyabr 2012 00:32
Leysan Neftçiyə mane oldu, Bertuççi komanda ilə məşq etdi
Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəyi oyun öncəsi matçın baş tutacağı arenada son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın Belqraddakı arenada hazırlığı vaxtından öncə başa çatıb.
Buna Serbiya paytaxtına yağan güclü leysan yağışı səbəb olub. Bu üzdən də Böyükağa Hacıyevin yetirmələri cəmi 40 dəqiqə məşq edə biliblər.
Məşq zamanı zədəli olan Bruno Bertuççi də komanda ilə birgə hazırlıqlara qatılıb. Bu isə o deməkdi ki, bu futbolçu “Partizan”a qarşı forma geyə biləcək.
