20 sentyabr 2012 12:26
Bakı Çempionlar Liqasında çıxış etmək təklifi aldı
“Bakı” futbol klubunun çimərlik futbol komandası mini-Çempionlar Liqasında iştirak etmək təklifi alıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırda sözügedən turnirdə iştirak edib-etməməyi götür qoy edir.
Yaxın günlərdə təşkilatçılara yekun qərar barədə məlumat veriləcək.
Qeyd edək ki, turnir İtaliyada keçiriləcək. Mini-Çempionlar Liqası 28 sentyabr-1 oktyabr tarixləri arasında baş tutacaq.
