21 sentyabr 2012 01:58
Neftçinin rəqibləri də ilk oyunda sülh bağladı (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin yer aldığı H qrupunda daha bir oyun baş tutub.
Belə ki, “ağ-qaralar”ın səfərdə “Partizan”la üz-üzə gəldiyi (0:0) gündə Milan “İnter”i də (İtaliya) “Rubin”lə (Rusiya) münasibətlərinə aydınlıq gətirib. Bu oyun da “Partizan” – “Neftçi” görüşü ilə eyni saatda start götürmüşdü. Digər oyunda olduğu kimi, Milandakı qarşılaşmada da tərəflər qalibi müəyyənləşdirə bilməyiblər.
Beləcə, qrupun turnir cədvəlində hələlik bütün komandaların 1 xalı var.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu
1-ci tur
20 sentyabr
İNTER – RUBİN - 2:2 (1:1)
Qollar: Ryazantsev, 17 (0:1), Livaya, 39 (1:1), Rondon, 84 (1:2), Naqatomo, 90+2 (2:2)
Milan. “Cüzeppe Meatsa” stadionu.
Baş hakim: Deniz Aytekin (Almaniya).
İNTER: 1. Handanoviç, 4. Zanetti (k), 23. Ranokkiya, 25. Samuel, 42. Conatan, 55. Naqatomo, 19. Kambiasso, 21. Qarqano, 7. Kountinyo, 88. Livaya, 99. Kassano.
RUBİN: 1. Rışikov, 2. Kuzmin, 2. Sezar Navas, 25. Markano, 27. Boketti, 76. Şaronov (k), 8. Ryazantsev, 23. R.Yeryomenko, 61. G.Karadeniz, 66. Natxo, 99. Rondon.
