20 sentyabr 2012 12:49
Simurq Xəzər Lənkəranla oyuna hazırdı
"Simurq" Peşəkar Futbol Klubu "Xəzər Lənkəran"la oyun öncəsi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, komanda qarşılaşmanın oynanılacağı məkanda hazırlıqları tamamlayaraq, matçın başlama vaxtını gözləməyə başlayıb.
Hazırda 8 xalla turnir cədvəlində 2 yerdə qərarlaşan “sarı-qaralar” cənub təmsilçisi ilə indiyə qədər 12 dəfə qarşı-qarşıya gəlib və duellərin heç birində rəqibini məğlub edə bilməyib.
