21 sentyabr 2012 12:23
Blatter: Azərbaycanda baş tutacaq mundial xüsusi olacaq
FİFA prezidenti Yozef Blatter sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə əlaqədar bu gün Bakıda keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri öncə bunları dilə gətirib:
“Bu dünya çempionatı FİFA üçün qadın futbolunu inkişaf etdirmək yönündə mühüm addımdı. Həm də ona görə ki, çempionatın keçirildiyi ölkənin mədəniyyəti digər dövlətlərdən fərqlənir. Amma futbol oyunu bütün mədəniyyətlər üçün açıqdı. Bu çempionat xüsusi olacaq. Çünki ölkə prezidenti İlham Əliyev bu mundialın Azərbaycanda keçirilməsi üçün xüsusi diqqət nümayiş etdirir. Sabah çempionatın möhtəşəm açılış olacaq. Qadın dünya çempionatlarında hələ belə açılış olmayıb”.