21 sentyabr 2012 12:45

Neftçi UEFA-ya şikayət edə bilər (FOTO)

Azərbaycan çempionu “Neftçi” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyunla bağlı UEFA-ya şikayət edə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb serbiyalı azarkeşlərin xoşagəlməz plakat çıxarması səbəb ola bilər.
 
Belə ki, “Partizan”ın “Qrobari” (Qəbir qazanlar) adlı azarkeş qrupu oyun zamanı tribunada tərcüməsi təxminən aşağıdakı kimi olan plakat qaldırıblar: “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib”.
 
Şübhəsiz ki, bu plakat daha çox “Partizan”ın əzəli rəqibi “Crvena Zvezda”nın yetirməsi olan “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçə yönəlmişdi. Amma serblər eyni zamanda bakılıların heyətində yer alan Sierra Leone yığmasının üzvü Julius Vobayı da nəzərdə tuta bilərlər. Belə olacağı halda isə UEFA irqçiliyə görə Serbiya təmsilçisini cəzalandıra bilər. Oxşar olaylara qarşı sərt tədbirlər görən qitə futbol qurumu hətta komandalara texniki məğlubiyyət də verir. Ümid edək ki, bu qalmaqal da UEFA-nın diqqətindən kənarda qalmayacaq və layiqli qərar çıxarılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.