21 sentyabr 2012 12:57

Neftçi Azərbaycanı UEFA reytinqində irəli saldı

Avropa Liqasının qrup mərhələsinin ötən gün baş tutan ilk turunun oyunları Azərbaycanı UEFA reytinqində irəli salıb. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda daha bir pillə irəliləyib.
 
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən sonuncusu – “Neftçi” növbəti oyununu keçirdi. Belə ki, “ağ-qaralar” Serbiyanın “Partizan” klubunun qonağı oldu. Paytaxt təmsilçisi ilk dəfə çıxdığı belə mötəbər turnirin qrup mərhələsinin oyununda heç-heçəyə nail oldu – 0:0.
 
“Neftçi”nin bu heç-heçəsi ölkəmizin reytinqinə də təsirsiz ötüşmədi. Belə ki, paytaxt klubu ümumi hesaba daha 0,250 xal yazdırmış oldu. Bəli, 0,125 yox, məhz 0,250 xal! Çünüki təsnifat mərhələsindən fərqli olaraq, qrup yarışlarında heç-heçə 0,125 deyil, 0,250 xal gətirir ki, nəticədə “Neftçi”nin heç-heçəsindən sonra Azərbaycanın xal ehtiyatı daha da yaxşılaşıb.
 
Beləliklə, hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 33-cü pilləyə qalxıb. Ölkəmiz avrokuboklarda təmsilçisi qalmayan Bosniya və Herseqovinanı qabaqlayıb. İndi Azərbaycanın hesabında 8.041 reytinq xalı var ki, onun da 2.500 xalı cari mövsümdə qazanılıb. Bundan 1,125 xal “Neftçi”nin, 0,750 xal “İnter”in, 0,500 xal “Xəzər Lənkəran”ın, qalanı isə “Bakı”nın (0,125) payına düşür.
 
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırırdı, heç-heçə isə sadəcə 0,125 xal verirdi. Amma qrup mərhələsində heç-heçə 0,250, qələbə 0,500 xal verir.
 
Beləcə, Azərbaycan avrokuboklardakı ən yaxşı göstəricisini bir daha yeniləyib. Qeyd edək ki, 2010-11 mövsümündə 2,000 xal toplamış klublarımız bundan artığına nail ola bilməmişdilər. Amma bu mövsüm nəhayət ki, daha ciddi irəliləyişə nail olmaq mümkün oldu. “Neftçi”nin qrup mərhələsində yenə uğurlu oyunlarının olacağını nəzərə alsaq, bu göstəricini daha da yaxşılaşdırmağımız istisna deyil.
 
Sonda reytinq cədvəlinin son variantını təqdim edirik:
 
#
Ölkə
08/09
09/10
10/11
11/12
12/13
Cəmi xal
1
İspaniya
13.312
17.928
18.214
20.857
4.714
75.025
2
İngiltərə
15.000
17.928
18.357
15.250
4.285
70.820
3
Almaniya
12.687
18.083
15.666
15.250
4.071
65.757
4
İtaliya
11.375
15.428
11.571
11.357
3.416
53.147
5
Fransa
11.000
15.000
10.750
10.500
4.083
51.333
6
Portuqaliya
6.785
10.000
18.800
11.833
3.750
51.168
7
Ukrayna
16.625
5.800
10.083
7.750
3.833
44.091
8
Hollandiya
6.333
9.416
11.166
13.600
2.357
42.872
9
Rusiya
9.750
6.166
10.916
9.750
3.416
39.998
10
Yunanıstan
6.500
7.900
7.600
7.600
2.400
32.000
11
Belçika
4.500
8.700
4.600
10.100
3.700
31.600
12
Türkiyə
7.000
7.600
4.600
5.100
2.400
26.700
13
Kipr
6.333
4.250
3.125
9.125
3.500
26.333
14
Avstriya
2.250
9.375
4.375
7.125
1.750
24.875
15
Danimarka
8.200
4.400
6.700
3.100
2.300
24.700
16
İsveçrə
2.900
5.750
5.900
6.000
2.875
23.425
17
İsrail
1.750
7.250
4.625
6.000
2.250
21.875
18
Polşa
5.000
2.125
4.500
6.625
2.500
20.750
19
Belarus
4.000
3.375
5.875
3.125
3.750
20.125
20
Rumıniya
2.642
6.083
3.166
4.333
3.600
19.824
21
Xorvatiya
4.333
3.000
4.125
3.750
4.125
19.333
22
Çexiya
2.375
4.100
3.500
5.250
3.500
18.725
23
Slovakiya
4.833
2.500
3.000
2.375
1.500
14.208
24
İsveç
2.500
2.500
2.600
2.900
3.625
14.125
25
Serbiya
3.000
3.000
3.500
2.125
2.500
14.125
26
Şotlandiya
1.875
2.666
3.600
2.750
2.100
12.991
27
Norveç
2.500
2.100
2.375
2.300
3.700
12.975
28
Bolqarıstan
2.250
3.125
4.625
1.500
0.750
12.250
29
Macarıstan
1.000
2.750
2.750
2.250
2.000
10.750
30
Sloveniya
1.333
1.375
1.500
2.250
3.000
9.458
31
Gürcüstan
1.166
1.750
1.875
2.875
1.500
9.166
32
Finlandiya
1.833
1.375
1.800
1.500
2.000
8.508
33
AZƏRBAYCAN
0.666
1.500
2.000
1.375
2.500
8.041
34
Bosniya-Herseqovina
1.833
1.750
1.875
1.125
1.250
7.833
35
Moldova
0.666
2.125
2.125
0.500
2.250
7.666
36
İrlandiya
2.500
1.375
1.000
1.500
1.000
7.375
37
Litva
2.500
1.250
0.625
1.000
1.125
6.500
38
Qazaxıstan
0.833
1.250
0.875
1.625
1.375
5.958
39
Latviya
1.166
2.250
0.500
0.625
1.250
5.791
40
İslandiya
1.166
1.250
0.375
1.375
1.250
5.416
41
Monteneqro
0.500
1.125
1.750
0.500
1.375
5.250
42
Makedoniya
0.500
0.500
1.375
1.625
1.250
5.250
43
Albaniya
0.666
1.000
0.875
0.875
0.750
4.166
44
Malta
0.000
0.750
1.500
0.833
0.875
3.958
45
Lixtenşteyn
0.000
1.000
0.500
2.000
0.000
3.500
46
Lüksemburq
0.000
0.250
0.625
1.125
1.375
3.375
47
Şimali İrlandiya
0.333
0.125
1.125
0.500
1.000
3.083
48
Uels
0.333
0.250
0.875
0.625
0.500
2.583
49
Estoniya
0.333
0.875
0.250
0.375
0.375
2.208
50
Ermənistan
0.000
0.500
0.250
0.125
0.875
1.750
51
Farer adaları
0.333
0.000
0.250
0.500
0.500
1.583
52
San Marino
0.000
0.500
0.166
0.000
0.000
0.666
53
Andorra
0.000
0.500
0.000
0.000
0.000
0.500

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.