21 sentyabr 2012 13:06
Stoykoviç Stamenkoviçlə niyə salamlaşmamasının səbəbini açıqlamaq istəmədi (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Serbiyanın “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirilən oyun zamanı komandamızın qapıçısı, həmyerlisi Saşa Stamenkoviçlə salamlaşmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, o, Saşa ilə görüşməməsinin səbəbini izah etməkdən də boyun qaçırıb:
“Gəlin bu barədə danışmayaq. Bizim işimiz futbol oynamaqdı. Bu hərəkətimə əhəmiyyət vermək istəmirəm”.
“Gəlin bu barədə danışmayaq. Bizim işimiz futbol oynamaqdı. Bu hərəkətimə əhəmiyyət vermək istəmirəm”.
Maraq üçün qeyd edək ki, Stoykoviçlə Stamenkoviç vaxtilə "Crvena Zvezda"da birgə çıxış ediblər.
