21 sentyabr 2012 13:18
Partizanın qapıçısı: Neftçi bizim səhvlərimizdən yararlana bilmədi
Serbiyanın “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirilən oyundan (0:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim qol vurmaq üçün bir neçə şansımız oldu. Amma onlardan yararlana bilmədik. Eyni zamanda rəqib də bizim səhvlərdən yararlana bilmədi. Qələbə qazanmaq istəyirdik. Amma zaman keçdikcə əsəbləşdik və nəticədə iki xal itirdik. Qarşıda hələ beş oyun var. Həm də “İnter” və “Rubin” də heç-heçə etdi. Odu ki, biz hələ ruhdan düşməməliyik”.