21 sentyabr 2012 02:16
Partizan – Neftçi matçında qalmaqal: serblər Stamenkoviçi vurmaq istədilər
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı ilk oyundan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın final fiti səslənən kimi serb futbolçular öz həmyerliləri, Azərbaycan təmsilçisinin qapısını qoruyan Saşa Stamenkoviçi vurmağa cəhd göstəriblər.
Buna isə təbii ki, qapıçının komanda yoldaşları mane olublar. Beləcə, tərəflər arasında bir müddət gərginlik yaşanıb. Amma bu gərginliyin davaya çevrilməsinə imkan verilməyib.
