21 sentyabr 2012 13:49
Yozef Blatter Lənkərana gedə bilməyəcək
Sabah - sentyabrın 22-də start götürəcək U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə əlaqədar ölkəmizə gələn FİFA prezidenti Yozef Blatter yalnız mundialın açılış oyunlarını izləyə biləcək. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri ölkəmizdə elə də çox qalmayacaq:
“Təəssüf ki, mənim bura səfərim elə də uzun sürməyəcək. Yalnız sabah keçiriləcək oyunları izləyə biləcəyəm. Həmin oyunlardan sonra qayıtmalıyam. Çünki bizim İcraiyyə Komitəsi ilə görüşümüz olacaq. Bu üzdən Lənkərana gedə bilməyəcəyim üçün təəssüf hissi keçirirəm”.

Qeyd edək ki, 22 sentyabr – 13 oktyabr aralığında baş tutacaq mundialın görüşləri Bakı ilə yanaşı Lənkəranda da keçiriləcək.