21 sentyabr 2012 02:27
FİFA prezidenti Azərbaycanda
FIFA-nın prezidenti Yozef Blatter Bakıya gəlib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, Blatter sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək açılış mərasimində iştirak edəcək.
