21 sentyabr 2012 14:01
Blatter Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şanslarını dəyərləndirdi
FİFA prezidenti Yozef Blatter Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“Azərbaycanın müraciət etdiyi təşəbbüslər getdikcə artır, yüksəlir. Siz Olimpiada-2020-ni də keçirmək istəyirdiniz. Hətta deyərdim ki, olimpiada üçün iştirak ərizəniz heç də pis deyildi. İndi də olmasa, nə vaxtsa bu turniri keçirəcəyinizə əminəm. U-17 qızlar arasında dünya çempionatı çox mühüm turnirdi. Onu bütün planet yayımlayacaq. Bu, Azərbaycan üçün yaxşı sınaqdı. Bu gedişlə ölkəniz istədiyi turnirlərin ev sahibliyi hüququnu ələ keçirə bilər”.