21 sentyabr 2012 14:17
Rövnəq Abdullayev: DÇ-2012-ni Azərbaycana həvalə etdiyi üçün Blatterə minnətdaram
AFFA prezidenti Rövnəq Abdullayev sabah Azərbaycanda startı veriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, futbol təsərrüfatımızın rəhbəri bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:
“FİFA prezidenti Yozef Blatterə təşəkkürümü bildirirəm ki, bu dünya çempionatını keçirməyi Azərbaycana həvalə etdi. Bütün iştirakçı ölkələr artıq Azərbaycandadı. Azərbaycan yığmasına gəlincə, bizim çox yeni komandamız var. Cəmi 26 aydı qurulub. Onlar yaxşı hazırlıq keçiblər. Ümidvaram ki, dünya çempionatında da yaxşı oyun sərgiləyəcəklər”.