21 sentyabr 2012 14:25
Yığmamızın DÇ-dəki tarixi matçını yaponlar idarə edəcək
Məlum olduğu kimi, sabah - sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 start götürəcək. Azerisport.az xəbər verir ki, artıq mundialın ilk turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Həmin təyinatlarla sizi də tanış edirik. İlk oyununu Kolumbiyaya qarşı keçirəcək Azərbaycan millisini tarixi oyuna Yaponiyadan olan Etsuko Fukano çıxaracaq.
Digər təyinatlar isə belədi:
Nigeriya – Kanada
Katerina Monzul (Ukrayna)
Fransa – ABŞ
Klaudiya Umpierres (Uruqvay)
KXDR – Qambiya
Karina Vitulano (İtaliya)
Meksika – Yeni Zelandiya
Yana Adamkova (Çexiya)
Braziliya – Yaponiya
Katalin Kulşar (Macarıstan)
Uruqvay – Çin
Moraq Piri (Şotlandiya)
Qana – Almaniya
Alondra Arellano (Meksika)
