21 sentyabr 2012 02:49

Böyükağa Hacıyev: Partizan düşündüyümdən də zəif komandadı

Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyundan (0:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Bu gün “Neftçi” bir xal qazanmadı, iki xal itirdi. Biz bu turnirin debütantıyıq. Amma buna baxmayaraq, biz heç də pis oyun sərgiləmədik. “Partizan” düşündüyümdən də zəif komandadı. Təəssüf ki, belə tarixə malik bir komanda bu gündədi. Düzdü, bu gün 3 xal qazana bilmədik. Lakin sizə söz verirəm ki, Bakıdakı oyunda biz buna nail olacağıq. Dünən Bakıda neftçilər günü qeyd olunurdu. Biz isə onları burda təmsil etdik. Bu nəticəni Rövnəq Abdullayevə və bütün neftçilərimizə həsr edirik”.
 
- Oyundan sonra “Partizan” futbolçularının aqressiv davranışları barədə nə deyə bilərsiz?
- Təəssüf ki, oyundan sonra futbolçularımız və məşqçilərimiz qarşı tərəfin təzyiqi ilə üzləşdilər. Bizim ölkəmizdə çoxlu serb var. Onları necə qarşıladığımızı özlərindən soruşun.
 
- Niyə sizi belə alqışlarla qarşıladılar? (serbiyalı jurnalistin sualı)
- Əgər sizin baş məşqçinizi istefaya səsləyirlərsə, məni alqışlayırlarsa, buna nə edə bilərəm?

- Biz çox pis oyunun şahidi olduq. Bu barədə nə deyə bilərsiz?
- Mən “Partizan”ın dörd oyununu izləmişdim. Sizin komandanız nə özü oynayır, nə də rəqibə belə imkan verir.
 
- Saşa Stamenkoviçin davranışlarını necə şərh edə bilərsiz?
- Saşa “Partizan”da oynasa yaxşı olur, indi pis? O, Bakıda heç vaxt belə hörmətsizliklə üzləşməyib. Stamenkoviç bir nömrədi.
 
- Komandanızın bir xal itirdiyini dediniz. Niyə?
- Hər halda belə rəqiblə qarşılaşmada bir xal da pis nəticə deyil. “İnter”lə “Rubin” də heç-heçə edib. Deməli, ilk turdan sonra bütün komandalar bərabərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.