21 sentyabr 2012 14:37
DÇ-2012-yə son hazırlıqlar davam edir (VİDEO)
Qızlar arasında keçiriləcək U-17 dünya çempionatı ərəfəsində "Bakı" klubunun bazasında təşkil olunan məşqlər davam edir. Azerisport.az xəbər verir ki, ötən gün Azərbaycan, Qambiya, Şimali Koreya və Qana milli komandaları məşqlərini məhz burda həyata keçirib.
İlk öncə məşqə saat 10:30 Azərbaycan milli komandası çıxıb. 14:15-də Qambiya millisi öz məşqinə başlayıb. Ardınca isə saat 15:00-da bazanın digər meydançasında Şimali Koreya milli komandası məşqinə start verib. Günün sonuncu məşqini 18:30-da Qana milli komandası keçirib.
