21 sentyabr 2012 03:07
Stamenkoviçi Partizanın baş məşqçisi ilə yarımmüdafiəçisi qorudu
Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı ilk oyundan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın final fiti səslənən kimi serb futbolçular öz həmyerliləri, Azərbaycan təmsilçisinin qapısını qoruyan Saşa Stamenkoviçi vurmağa cəhd göstəriblər.
Amma “Neftçi”nin digər futbolçuları buna mane olublar. Eyni zamanda “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçlə yarımmüdafiəçi Milan Smilyaniç də onu qoruyanlar arasında olub. Məhz bu iki şəxs komandamızın qapıçısını tunelə kimi müşaiyət edib ki, serbiyalı futbolçular ona xətər yetirməsinlər. Beləcə, tərəflər arasında gərginlik yatırılıb.
