21 sentyabr 2012 03:12
Partizanın azarkeşləri Saşa Stamenkoviçi təhqir etdilər (FOTO)
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı oyunda komandamızın qapıçısı Saşa Stamenkoviç təhqir olunub. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri həmyerlilərinə qarşı xoşagəlməz addım atıblar.
Belə ki, serbiyalı fanatlar onu “yekəburun meymun” adlandırıblar. Onlar həm də bütün oyun boyu Saşanın topa hər toxunuşunu fit və uğultuyla qarşılayıblar.
Qeyd edək ki, Stamenkoviç vaxtilə “Partizan”ın əzəli rəqibi “Crvena Zvezda”nın şərəfini qoruyub və bu klubun yetirməsi sayılır.
