21 sentyabr 2012 03:21
Vladimir Vermezoviç: Başa düşə bilmirəm ki, Böyükağa Hacıyev niyə belə hesab edir
Serbiyanın “Partizan” klubunun baş məşqçisi Vladimir Verçezoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbrə verir ki, o, qolsuz heç-heçə ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”ni təbrik etmək istəyirəm. Bütövlükdə, çox çətin oyun alındı. Biz qələbə qazanmağa borclu idik. Amma rəqib yaxşı müdafiə olundu. Kobud səhvlər buraxmadılar. Növbəti oyunlarda nəticə fərqli olacaq. Tez bir zamanda bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmalıyıq. Bu gün qol vurmaq üçün kifayət qədər imkanımız oldu. Komandama heç bir iradım yoxdu. Biz yaxşı oynadıq. Başa düşmürəm, Hacıyev niyə elə hesab edir ki, “Neftçi” iki xal itirdi. Hər halda hava şəraiti də oyuna təsirsiz ötüşmədi”.