21 sentyabr 2012 15:56
Cavid İmamverdiyev: Neftçi qrupunun autsayderi deyil
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Çox gərgin oyun keçdi. Rəqibimiz güclü idi. Amma biz Serbiya klubunu yaxşı analiz etmişdik. Bütün güclü və zəif cəhətlərini bilirdik.

- Bu, oyunda köməyiniz oldu?
- Bütün lazım olan nöqtələri bağlamışdıq. Rəqib həmin mövqelərdən demək olar ki, heç bir istəyinə çatmadı. Deməzdim ki, ən yaxşı oyunumuzu sərgilədik. Amma başlanğıc üçün bu da pis deyil. Hər halda ilk oyun üçün yaxşı oynadıq. Şəxsən mən komandanın oyunundan razıyam.

- “Neftçi”nin adət etdiyimiz çoxsaylı hücumları bu dəfə o qədər də alınmırdı...
- Əgər ələ düşən şanslarımızın ən azı birindən yararlana bilsəydik, hesab tam fərqli ola bilərdi. Amma bəxtdən şikayətlənmək istəmirəm. Çünki rəqib daha çox qol epizodu yaratdı və onlar da yararlana bilmədilər.
- Komanda qəsdən 90 dəqiqəni müdafiədə keçirdi ki, əks-hücumlarda qol vurmaq şansı qazansın?
- Xeyr. Sadəcə, rəqib güclü idi. Bizi qapımıza sıxışdırmağı bacarırdılar. Amma biz öncədən rəqibi meydanın onlara aid hissəsində qarşılamağı planlaşdırmışdıq. Topa daha çox nəzarət etməliydik. Düzdü, əks-hücumlarda yaxşı oynadıq. Amma həmin qol vəziyyətlərindən yararlanmaq lazım idi.

- Nəticədən razısız?
- Səfərdə keçirilən ilk oyun üçün bu, heç də pis nəticə sayıla bilməz.

- Qrupunuzun digər oyununda “İnter”lə “Rubin” də sülhə razılaşdı (2:2)...
- “Neftçi” bu oyunla bir daha göstərdi ki, heç də qrupun autsayderi deyil. Mən pley-off mərhələsinə çıxacağımıza inanıram.