21 sentyabr 2012 16:02
Qarabağ futbolçularını cərimə edəcək
Qarabağ rəhbərliyi Topaz Premyer Liqasının 5-ci turunun AZAL-la oyununda qeydə alınan məğlubiyyətə görə futbolçuları cəzalandıracaq. Azerisport.az xəbər verir ki klub başbilənləri 2:6 hesablı yenilgini cəzasız qoymaq istəmirlər.
Məhz həmin oyundakı gözlənilməz yenilgi ilə əlaqədar klubdaxili iclas keçirilib. Tədbirdə rəhbərlik baş məşqçi Qurban Qurbanova dəstəyini açıqlayıb. Vurğulanıb ki, komandanın onunla daha böyük uğurlar qazanacağına inanırlar.
Futbolçular isə pul cəzası ilə canlarını qurtaracaqlar. Amma onların konkret nə qədər cərimə olunacağaı bilinmir.
