21 sentyabr 2012 16:19
“Heç-heçə Neftçi üçün Avropa Liqasının debüt matçında çox uğurlu nəticədi”
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov keçmiş komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində Setbiya “Partizan”ına qarşı keçirdiyi oyundan (0:0) danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamız yaxşı oynadı. Çətin səfər matçında bir xal qazandılar. Bu, Avroliqanın debüt matçında çox uğurlu nəticədi. Aşkar görünürdü ki, serbiyalı futbolçular “Neftçi”nin qapısına asanlıqla yaxınlaşa bilmirlər. “Neftçi”nin də qol vəziyyətləri oldu. Lakin uşaqlar fərqlənə bilmədilər. İndi “İnter” barədə düşünmək olar”.
