21 sentyabr 2012 16:36
Kolumbiya Futbol Federasiyasının prezidenti Bakıya gəldi
Sabah - sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə start veriləcək. Azerisport.az xəbər verir ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya yığmasına qarşı keçirəcək.
Qarşılaşmanı izləmək üçün Kolumbiya Futbol Federasiyasının prezidenti Luis Bedoya Giraldo Bakıya gəlib.
