21 sentyabr 2012 17:07

Tahir Süleymanov: Neftçi Belqradda baş verənlərlə bağlı UEFA-ya məlumat verəcək

Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ı ilə qarşılaşmadan (0:0) sonra baş verənlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, qapıçı Saşa Stamenkoviçə qarşı müxtəlif təzyiq və təhqirlərə görə UEFA-ya şikayət edəcəklərini bəyan edib.

“Biz Bakıya yenicə qayıtmışıq. Amma tezliklə UEFA-ya müraciət edəcəyik. Qitə futbol qurumu təkcə “Partizan” azarkeşlərinin yox, həm də serbiyalı futbolçularından davranışına layiqli qiymət verməlidi. Hələ “Partizan”la oyundan öncə rəqib futbolçulardan ikisi Saşaya yaxınlaşaraq, ona nalayiq sözlər dedilər. Biz buna mane olduq və matçın UEFA nümayəndəsinə müraciət etdik ki, belə halların qarşısı alınsın. O isə öz növbəsində Serbiya klubunun rəsmilərinə irad bildirdi. Azarkeşlərin açdığı bannerə gəlincə, bu barədə çox danışmaq istəmirəm. Onsuz da onu hamı gördü. Həmçinin rəqib futbolçuların oyundan dərhal sonra Stamenkoviçə necə hücum çəkdiyinin də şahidi oldunuz. Bütün bunlar barədə UEFA-ya məlumat verəcəyik”.
 
“Neftçi” rəsmisi UEFA-nın Belqradda baş verənlərə layiqli qiymət verəcəyinə inanır: “Əminəm ki, UEFA bu işə baxacaq. Qərar barədə heç nə deyə bilmərəm. Amma onu bilirəm ki, bu, nəticəyə təsir göstərməyəcək. Çünki hər şey final fitindən sonra baş verdi, oyun yarıda dayanmadı. Oyun zamanı da heç bir təhlükə yox idi. Ona görə də texniki məğlubiyyətdən söhbət gedə bilməz”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.