21 sentyabr 2012 17:18

Bakı yol polisi DÇ-2013 ilə əlaqədar sürücülərə müraciət etdi

Bakıda dünya şöhrətli sənətçilərin iştirak etdiyi tədbirlər keçirilən yerlərdə, ona bitişik küçə və prospektlər istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Azerisport.az xəbər verir ki, sentyabrın 22-də günorta saat 13:00-dan etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən tədbirlə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə paytaxtın yol polisi əhali və sürücülərə məlumat verir ki, qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, tədbirdə iştirak edənlər ictimai nəqliyyat vasitələrindən, alternativ yollardan istifadə etməlidirlər. Əsədov onu da əlavə edib ki, Dövlət Bayraq Meydanı, "Bakı Kristal Zal"ı, Azneft meydanı, Neftçilər prospekti - yəni, Dənizkənar Bulvar boyu, həmçinin Rəşid Behbudov, A.Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif küçəsi, Qələbə meydanı, T.Bəhrəmov adına Respublika Stadionu ətrafı - yəni, Təbriz küçəsi, Ağaoğlu, Həsənoğlu küçələri, Fətəli xan Xoyski prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
 
Buna görə də, sürücülərdən ictimai nəqliyyatdan və alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Qeyd edək ki, sentyabrın 22-də Bakıda 17 yaşa qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının açılış mərasimi keçiriləcək. Tədbirdə dünyaca məşhur müğənni Cenifer Lopez və digərləri istirak edəcəklər. Bundan əlavə, müğənnilər "Bakı Kristal Zal"ında konsert proqramı ilə çıxış edəcəklər. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.