21 sentyabr 2012 17:49
Türkiyəli məşhur mütəxəssis Qarabağda seminar keçib (FOTO)
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin təşəbbüsü ilə Türkiyənin məşhur sosioloqu Mehmet Yavuz Durmuş Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, Durmuş 4 gün ərzində “Qarabağ”ın aşağı yaş qruplarının heyəti üçün seminar keçib.
Olduqca səmərəli keçən seminarda Yavuz bəy insan psixologiyası, formalaşması, kollektiv münasibətləri ifadə edən söhbətləriylə yadda qalıb. Türk mütəxssis açıqlamasında layihə haqqında danışıb: “İlk olaraq onu qeyd edim ki, mənim burda olmağımın ən böyük səbəbkarı Tahir Gözəldi. Tahir bəy insanı dəyərlərə çox böyük dəyər verən yaxın dostumdu. Onun bu layihəsindən kənarda qla bilməzdim. O, mənə komandası üçün belə seminar təşkil etmək istədiyini bildirdi. Təbii ki, mən də məmnuniyyətlə razılaşdım. Bu idman idman sahəsində ilk belə işimdi. Düzdü, Türkiyədə 1 basketbol klubunda belə bir işim olub. İlk təhsilim idman akademiyasından olsa da, idmana elə də marağım olmayıb. Amma burdakı işim mənim üçün də böyük təcrübə oldu. Özəlliklə, seminarın aşağı yaş qruplarının texniki heyəti üçün keçirilməsi daha səmərəlidi. Çünki, bir komanda futbolçudan daha öncə bir insan, şəxsiyyət yetişdiri. Bu baxımdan məşqçilərin kollektiv psixologiyanın sirrlərinə bələd olması, düzgün rəftar qaydalarına malik olması vacibdi. Sevinirəm ki, tədris etdiklərimi məşqçilərin məşqlərdə iş metodlarına təsir edib. Mən bunu məşqləri izlərkən gördüm. Qeyd etdiyim kimi, futbol mənim maraq dairəm də olmayıb. Oyunları da izləmirəm. Amma bu gündən sonra artıq “Qarabağ”lı oldum. Xüsusilə, Tahir bəyin komandasına belə həssas yanamasını təqdir etmək lazımdı. Onun əmək verdiyi hər yerdə mən də canla-başla qulluq etməyə hazıram”.
Seminar haqqında “Qarabağ”ın məşqçiləri də fikir bildirib:
Sebaheddin Tekin, aşağı yaş qruplarının koordinatoru: “Təbii ki, belə seminarların keçirilməsi ancaq bizim xeyrimizədi. Biz uşaqlarla işlədiyimizə görə işimiz daha çətindi. Onların həm müəllimi, həm də valideynləriyik. Uşağın insanı keyfiyyətlərin formalaşmasında, vətəndaş dəyərlərinin qazanılmasında rolumuz var. Bu baxımdan dünyagörüşümüzün təkmilləşməsi, yeni tələblərin öyrənilməsi cox vacibdi. Yavuz bəy Türkiyənin tanınan sosioloqlarındadındı. Olduqca təvazökar kimliyi ilə diqqəti cəlb edir. Biz idmançı yetişdirsək də, əslində yaşamın bütün sahələriylə ünisyyətdə olmalı və ondan faydalanmalıyıq”.
Xəyal Həsənov, məşqçi: “Qarabağ”ın rəhbərliynə bizə belə şərait yaratdığına görə öz təşəkkürümü bildirirəm. Həqiqətən gözlədiyimizdən də yaxşı alındı. Yavuz bəy, fərqli-fərqli oyunlarla kollektiv anlayışının nə olduğunu bizə göstərdi. Əslində çox sadə şeylərlə komanda ruhunun əhəmiyyətini anlatdı”.
Ələsgər Səfərov, aşağı yaş qruplarının həkimi: “Yavuz bəy həm fərdi yanaşma, həm də kolletiv anlayışlarınına fərqli nöqtədən baxırdı. O, həm də psixologiyanın nə qədər vacib olduğunu göstərdi. “Qarabağ” üçün idmançı olmaqdan öncə şəxsiyyət yetişdirmək hər zaman öndə olub. Biz isə bu seminarla düzgün şəxsiyyətlə, güclü idmançı obrazının vəhdətinin necə olmasını gördük”.
