21 sentyabr 2012 17:54
Xəzər Lənkəranla Bakının oyunu təxirə salındı
Premyer Liqanın 6-cı turunun “Xəzər Lənkəran” – “Bakı” oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, "Xəzər Lənkəran"ın stadionunda U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Topaz Premyer Liqasının 6-cı turunun "Xəzər Lənkəran" - "Bakı" matçı 25 sentyabr 2012-ci il tarixindən 6 dekabr 2012-ci il tarixinə keçirilib.
2. "Xəzər Lənkəran" - "Bakı" matçı 6 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün 16-cı turun "Simurq" - "Xəzər Lənkəran" matçı 8 dekabr 2012-ci il tarixindən, "Turan" - "Bakı" matçı isə 9 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci tarixinə keçirilib.
Maraq üçün qeyd edək ki, əslində bu görüş məhz DÇ-2012 ilə əlaqədar Sumqayıtda keçiriləcəkdi. Amma görünür Sumqayıtda “Simurq”a qarşı keçirdiyi oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşən “Xəzər Lənkəran” ev oyunlarını bu şəhərdə keçirmək istəmədiyindən, oyunun ümumiyyətlə təxirə salınmasını istəyib.
