21 sentyabr 2012 18:27
FİFA prezidenti Bakıda (VİDEO)
Bu gün Four Seasons otelində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda FIFA-nın prezidenti Yozef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və FİFA Təşkilat Komitəsinin sədri səlahiyyətlərini icra edən Anastasia Tsichlas iştirak ediblər. Həmin tədbirdən hazırlanmış videoreportajı təqdim edirik.
