21 sentyabr 2012 19:11
“Bilirik ki, 30 min azarkeş bizi dəstəkləyəcək”
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının futbolçuları sabah start götürəcək dünya çempionatının startı ərəfəsində mətbuat konfransı keçiriblər. Azerisport.az xəbər verir ki, startda Kolumbiya ilə qarşılaşacaq millimizin üzvləri bunları dilə gətiriblər:
Süheyla İlter: “Bilirik ki, Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan 30 min insan bizə azarkeşlik edəcək. Ona görə də bizim heç bir problemimiz olmayacaq. Biz çox çalışırıq. İnanırıq ki, öz oyunumuzu göstərə biləcəyik”.

Əminə Heydərova: “Bizim özümüzü dünya çempionatında göstərmək imkanımız var. Ötən iki il ərzində çox məşq etmişik, çalışmışıq. Çalışacağıq ki, ilk matçımızda yaxşı futbol nümayiş etdirək”.