22 sentyabr 2012 01:02
Romal Hüseynov qol vurdu, Qəbələ Neftçiyə qalib gəldi (FOTOREPORTAJ)
2 gün sonra İstanbul səfərinə çıxacaq "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası turne öncəsi doğma divarlar arasında "Neftçi"li həmyaşıdları ilə yoxlama oyununda üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, matç boyunca üstünlüyü əldən verməyən meydan sahibləri rəqibini 2:1 hesabilə məğlub edib. "Qəbələ"yə qələbə qazandıran qollara Romal Hüseynov və Ülvi İskəndərov imza atıb.
