22 sentyabr 2012 00:34

AZAL-la İnter 19-cu paytaxt derbisinə çıxır

Azərbaycan Premyer Liqasının 6-cı turunun qarşıdan gələn AZAL - "İnter" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq. Azerisport.az xəbər verir ki, bunadək komandalar bir-biri ilə 18 dəfə qarşılaşıblar.
 
16 oyun çempionat çərçivəsində keçirilibsə, 2 matç da ölkə kubokunun payına düşür. “İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdi. 18 oyunun 9-u heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi AZAL-ın xeyrinədi - 14:12.
 
Komandalar ilk dəfə 2005-ci ilin dekabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 0:0  hesabıyla başa çatıb. “İnter” - AZAL qarşıdurmasında ilk qolun müəllifi nigeriyalı hücumçu Laki İdahor olub.
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar iki dəfə qarşılaşıblar və hər iki oyun 1:1-lik heç-heçə ilə başa çatıb. AZAL - "İnter” oyunlarında ən populyar hesab 1:0-dı. Belə nəticə 18 görüşün 7-də qeydə alınıb. AZAL - "İnter" qarşılaşmalarının tarixində ən böyükhesablı nəticə 5:0 olub. 2010-cı ildə AZAL rəqibini məhz bu hesabla udmağa nail olub.
 
Qeyd edək ki, AZAL - "İnter" matçı sentyabrın 23-də keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.