22 sentyabr 2012 00:02

Azərbaycanda keçiriləcək dünya çempionatı bu gün start götürür!

Bu gün Azərbaycanda ilk dəfə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, oktyabrın 13-dək davam edəcək mübarizəyə 16 ölkə yığması qatılacaq.
 
Azərbaycan təşkilatçı ölkə qismində təmsil olunacaq. Avropanın digər təmsilçiləri isə Fransa ilə Almaniyadı. Kolumbiya, Braziliya və Uruqvay Cənubi, Kanada, ABŞ və Meksika Şimali Amerikadan, Nigeriya, Qambiya və Qana Afrika, KXDR, Yaponiya və Çin Asiya, Yeni Zelandiya isə Okeaniya qitəsindən çempionatda iştirak edəcəklər.
 
İlk oyun Lənkəran şəhər mərkəzi stadionunda Fransa və ABŞ milliləri arasında olacaq. B qrupunun görüşü saat 13:00-da başlanacaq. Bundan 2 saat sonra Bakıdakı 8-ci km stadionunda KXDR ilə Qambiya yığmaları üz-üzə gələcəklər. Saat 17:00-da isə Tofiq Bəhramov adına Respublika stadionunda Nigeriya – Kanada oyunu, saat 18:30-da açılış mərasimi, saat 20:00-da Azərbaycan – Kolumbiya matçı olacaq.
 
İştirakçı komandalar aşağıdakı qruplar üzrə mübarizə aparacaqlar:
 
A qrupu: Azərbaycan, Kolumbiya, Nigeriya, Kanada
B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya
C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya
D qrupu: Uruqvay, Qana, Çin, Almaniya
 
Dünya çempionatının təqvimi isə belədi:
 
DÇ-2012
Qrup mərhələsi
 
22 sentyabr
13:00. Fransa – ABŞ
Lənkəran şəhər mərkəzi stadionu.
15:00. KXDR – Qambiya
Bakı. 8-ci km stadionu.
17:00. Nigeriya – Kanada
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
20:00. Azərbaycan – Kolumbiya
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
23 sentyabr
15:00. Meksika – Yeni Zelandiya
Bakı. Bayıl Arena.
15:00. Uruqvay – Çin
Bakı. Dalğa Arena.
18:00. Braziliya – Yaponiya
Bakı. Bayıl Arena
18:00. Qana – Almaniya
Bakı. Dalğa Arena.
 
25 sentyabr
14:00. Kolumbiya - Kanada
Bakı. “Şəfa” stadionu.
14:00. Fransa – KXDR
Bakı. Dalğa Arena.
17:00. ABŞ – Qambiya
Bakı. Dalğa Arena.
17:00. Azərbaycan – Nigeriya
Lənkəran şəhər mərkəzi stadionu.
 
26 sentyabr
17:00. Meksika – Braziliya
Bakı. 8-ci km stadionu.
17:00. Uruqvay – Qana
Bakı. Bayıl Arena.
20:00. Yeni Zelandiya – Yaponiya
Bakı. 8-ci km stadionu.
20:00. Çin – Almaniya
Bakı. Bayıl Arena.
 
29 sentyabr
17:00. ABŞ – KXDR
Bakı. Bayıl Arena.
17:00. Qambiya – Fransa
Bakı. Dalğa Arena.
20:00. Kolumbiya – Nigeriya
Bakı. Bayıl Arena.
20:00. Kanada – Azərbaycan
Bakı. Dalğa Arena.
 
30 sentyabr
14:00. Yaponiya – Meksika
Bakı. “Şəfa” stadionu.
14:00. Yeni Zelandiya – Braziliya
Bakı. 8-ci km stadionu.
17:00. Çin – Qana
Bakı. 8-ci km stadionu.
17:00. Almaniya – Uruqvay
Lənkəran şəhər mərkəzi stadionu.
 
1/4 final
 
4 oktyabr
17:00. B qrupunun birincisi – A qrupunun ikincisi
Bakı. 8-ci km stadionu.
20:00. A qrupunun birincisi – B qrupunun ikincisi
Bakı. 8-ci km stadionu.
 
5 oktyabr
17:00. D qrupunun birincisi – C qrupunun ikincisi
Lənkəran şəhər mərkəzi stadionu.
20:00. C qrupunun birincisi – D qrupunun ikincisi
Bakı. 8-ci km stadionu.
 
Yarımfinal
 
9 oktyabr
17:00. Birinci yarımfinal
Bakı. 8-ci km stadionu.
20:00. İkinci yarımfinal
Bakı. 8-ci km stadionu
 
13 oktyabr
17:00. 3-cü yer uğrunda oyun
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
20:00. FİNAL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.