22 sentyabr 2012 00:51
Neftçi bir oyuna 100 min avro qazandı
“Neftçi” Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Partizan”la heç-heçə (0:0) etməklə avrokuboklarında ilk oyununda xal qazandı. Azerisport.az xəbər verir ki, bu nəticə ilə hesabına bir xal yazan Bakı klubu maliyyə baxımından da irəli düşüb.
Belə ki, UEFA qrup mərhələsində heç-heçəyə görə komandaların hər birinə 100 min avro mükafat verir. Bu səbəbdən “Partizan” kimi, “Neftçi” də büdcəsinə 100 min avro əlavə edib.
Qeyd edək ki, Avroliqanın qrupunda qələbəyə görə klublara 200 min avro verilir.
