21 sentyabr 2012 11:01
Mahir Şükürov: Təəssüf ki, belə vəziyyətdə olan bir komandanı məğlub edə bilmədik
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” avrokuboklardakı nəticələri ilə təəccübləndirməyə davam edir...
- Düzü, bu, məni o qədər də təəccübləndirmir. Çünki oyundan öncə də demişdik ki, bura qələbə üçün gəlmişik. Bu, boşuna deyilən söz deyildi. Şadam ki, uduzmadıq. “Partizan” güclü komandadı və onunla heç-heçə yaxşı nəticə sayılmalıdı. Həm də nəticə tam ədalətli oldu.
- Qələbədən danışsaz da, oyun göstərdi ki, “Neftçi” daha çox heç-heçəyə çalışır...
- İlk 20-25 dəqiqədə üstünlüyü rəqibə verdik ki, əks-hücumlarda qol vəziyyəti yaradaq. Etiraf edim ki, meydan sahiblərindən başqa oyun gözləyirdim. Hava şəraiti də az təsir göstərmədi.
- Daha çox dağıdıcı futbola üstünlük verdiniz, nəinki yaradıcı...
- Hər halda biz də az hücum etmədik. Amma belə yağışlı qazonda oynamaq da asan deyil. Fikrimcə, biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik və ən əsası da budu.
- Sizcə, “Partizan”ı deyildiyi qədər güclü komanda saymaq olar?
- Xeyr. İki mövsüm öncə bu komanda daha güclü idi. Bu üzdən bir qədər məyusluq var ki, belə bir vəziyyətdə olan komandanı məğlub edə bilmədik.
- Xeyr. İki mövsüm öncə bu komanda daha güclü idi. Bu üzdən bir qədər məyusluq var ki, belə bir vəziyyətdə olan komandanı məğlub edə bilmədik.
- Oyundan sonra yaşanan xoşagəlməz olayları necə şərh edə bilərsiz?
- Rəqib futbolçular özlərini yaxşı aparmadılar. Serblər bizim qapıçımızı vurmaq istəyirdilər. Onlar hətta ona bir neçə zərbə də endirdilər. Amma biz onu vaxtında uzaqlaşdıra bildik.
- Qrupunuzun digər oyununda “İnter”lə “Rubin” də heç-heçə oynadı...
- Bu, bizim üçün yaxşı nəticədi. Bizim qrupda lider yoxdu. “Neftçi”nin isə itiriləsi heç nəyi yoxdu. Sona qədər qrupdan çıxmaq üçün mübarizəmizi davam etdirəcəyik.
- Artıq ikincu turdan sonra “Neftçi” lider ola bilər. Bunun üçün sadəcə Bakıda “İnter”i məğlub etmək kifayətdi. Sizcə, bu, mümkündü?
- Bu gün mümkünsüz heç nə yoxdu. Evdə oynayacağıq. Azarkeş dəstəyindən maksimum yararlanmalıyıq. Ola bilər ki, bu, kimlərəsə fantastik görünsün. Amma biz öz gücümüzə inanırıq.
- Bu gün mümkünsüz heç nə yoxdu. Evdə oynayacağıq. Azarkeş dəstəyindən maksimum yararlanmalıyıq. Ola bilər ki, bu, kimlərəsə fantastik görünsün. Amma biz öz gücümüzə inanırıq.
