21 sentyabr 2012 00:02
Partizanın azarkeşlərindən və futbolçusundan Neftçinin qapıçısına qarşı kobudluq
Serbiyanın “Partizan” klubunun azarkeşləri Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçi aqressiv qarşılayıblar. Azerisport.az xəbər verir ki, oyun öncəsi komandamız isinmə hərəkətləri üçün meydana çıxdıqda fanatlar serbiyalı qapıçını fitə basıblar, onu təhqir ediblər.
Bu azmış kimi, “Partizan”ın futbolçusu Nemanya Tomiç də ona qarşı kobudluq edib. Belə ki, Saşaya doğru qaçaraq ona tərəf tüpürən yarımmüdafiəçi nəsə deməyə başlayıb. Amma kiçik deyişmədən sonra tərəflər ayrılıblar.
Qeyd edək ki, Stamenkoviç vaxtilə “Partizan”ın əzəli rəqibi “Crvena Zvezda”nın şərəfini qoruyub və bu klubun yetirməsi sayılır.
