21 sentyabr 2012 11:22
Stamenkoviç: Mitroviçin özünü belə aparacağını gözləmirdim
Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyundan (0:0) sonra həmyerlilərinin onu döymək cəhdi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyunun nəticəsini ədalətli hesab edirəm. Belqraddan bir xal aparmaq pis nəticə deyil. Amma oyundan sonra belə hadisələrin baş verməsi heç də xoş deyil. Mən “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçə minnətdaram ki, olaya vaxtında müdaxilə etdi. Düzünü deyim ki, Mitroviçin oyundan sonra özünü belə aparacağını gözləmirdim”.