21 sentyabr 2012 11:46
Partizanın azarkeşləri Vladimir Vermezoviçi istefaya səslədi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Serbiya “Partizan”ı ilə Azərbaycan çempionu “Neftçi” arasındakı oyundan sonra meydan sahiblərinin baş məşqçisi Vladimir Vermezoviçin istefası tələb olunub. Azerisport.az xəbər verir ki, qeydə alınan 0:0 hesabından narazı olan serbiyalı azarkeşlər baş məşqçini istefaya səsləyiblər.
Onlar bunu internet resurslarında, sosial şəbəkələrdə də açıq şəkildə bəyan etməkdədilər. Lakin rəhbərliyin onların bu istəyinə nə dərəcədə əməl edəcəyi dəqiq bilinmir.
