21 sentyabr 2012 11:58

Saşa Stamenkoviç: Başa düşə bilmirəm ki, o, niyə mənimlə salamlaşmaqdan imtina etdi

Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirilən oyundan (0:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
 
“Oyunun nəticəsini ədalətli hesab edirəm. Belqraddan bir xal aparmaq pis nəticə deyil”.
 
Stamenkoviç qarşılaşmadan sonra həmyerlilərinin onu döymək istəməsinə də toxunub: “Təbii ki, oyundan sonra belə hadisələrin baş verməsi heç də xoş deyil. Qarşılaşma bitən kimi Aleksandr Mitroviç mənə yaxınlaşıb xoşagəlməz sözlər söyləməyə, təxribata çəkməyə başladı. Ona özünü yaxşı aparmağı öyrənmək lazımdı. Məsələn, Milan Smilyaniçlə Saşa Markoviç gənc olsa da, özlərini ondan on dəfə yaxşı aparırlar. “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçə minnətdaram ki, olaya vaxtında müdaxilə etdi və məni tunelə qədər qorudu. Düzünü deyim ki, Mitroviçin oyundan sonra özünü belə aparacağını gözləmirdim”.
 
O, rəqib həmkarı, “Partizan”ın qapıçısı Vladimir Stoykoviçin də davranışından narazı qalıb: “Başa düşə bilmirəm ki, o, niyə mənimlə salamlaşmaqdan imtina etdi. Axı vaxtilə biz onunla bir komandada çıxış etmişik. Hər ikimiz “Crvena Zvezda”nın formasını geyinmişik. İndi onun necə adam olduğu barədə danışılanlara inanmağa başlayıram”.
 
“Neftçi”nin qolkiperi meydan sahiblərinin azarkeşlərinin də hərəkətlərinə münasibətini açıqlayıb: “Əvvəla mən heç bu oyunda formamın altından “Crvena Zvezda”nın maykasını geyinməmişdim. Həm də stadionda o dərəcədə çox azarkeş yox idi ki, onların səsini eşidə bilim. Bəzi xuliqanlar tərəfindən təhqir olunmağıma gəlincə, mən onları azarkeş hesab etmirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.