21 sentyabr 2012 12:09
FİFA prezidenti Neftçini təbrik etdi
FİFA prezidenti Yozef Blatter Azərbaycan çempionu “Neftçi”ni UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Azerisport.az xəbər verir ki, Blatter sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə əlaqədar bu gün Bakıda keçirilən mətbuat konfransında komandamızın bu uğuru ilə bağlı aşağıdakıları dilə gətirib:
“Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxması münasibəti ilə təbrik edirəm. Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsinə də pis başlamadığını qeyd etmək istərdim”.
“Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxması münasibəti ilə təbrik edirəm. Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsinə də pis başlamadığını qeyd etmək istərdim”.
