22 sentyabr 2012 01:14
Uruqvay yığmasının Bakı gəzintisi (VİDEO)
Bu gün start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçıları ölkəmizdədi. Azerisport.az xəbər verir ki, D qrupunda Çin, Qana və Almaniya komandaları ilə mübarizə aparacaq Uruqvay yığmasının üzvləri ötən gün Bakıda gəzintiyə çıxıblar. Dənizkənarı Milli Parkda və paytaxtımızın digər görməli yerlərində olan uruqvaylı futbolçular gəzintidən məmnun qalıblar.
