22 sentyabr 2012 01:33
Yozef Blattetin İlham Əliyevlə görüşü (VİDEO)
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib. FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verilib.
