23 sentyabr 2012 00:51

Cavid oynadı, "fərqləndi", komandası uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 4-cü turu çərçivəsində “Konyaspor” ilə görüşüb.
 
Qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də həmyerlimizin komandası görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Hansı ki, geridə qalan görüşlərdə hələlik bu, onlara qismət olmamışdı. Amma onlar bu dəfə də istəklərinə çata bilməyiblər.
 
Əvvəlki oyunlarda start heyətdə meydana çıxan Cavidin bu dəfə də oynaması istisna deyildi. Gözlənildiyi kimi, baş məşqçi Osman Özdemir onu yenə ilk dəqiqələrdən meydana buraxıb. Amma 9 və 17-ci dəqiqələrdə iki qol buraxan meydan sahiblərinin çalışdırıcısı fasilədə birdən-birə iki dəyişikliyə əl atıb ki, meydanı tərk edənlərdən də biri Cavid olub. Həmyerlimiz meydanda olduğu dəqiqələrdə yalnız 9-cu dəqiqədə sarı vərəqə almaqla "fərqlənə" bilib.
 
Qeyd edək ki, “Adana Demirspor” hazırda 2 xalla 18 komanda arasında 14-cü yerdədi.
 
Türkiyə PTT birinci liqası
4-cü tur
22 sentyabr
 
Adana Demirspor - Konyaspor - 1:2
Qollar: İrfan Başaran, 47 - Erdal Kılıçaslan, 9, Neca, 17.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.