22 sentyabr 2012 14:03
Qarabağ Turanla oyun üçün Gəncəyə getdi
“Qarabağ” artır qərb bölgəsindədi. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 6-cı turunda “Turan”ın qonağı olacaq komanda dünən Bakını tərk edərək Gəncəyə yollanıb.
Oyun gününə kimi adıçəkilən şəhərdə qalacaq komanda bu gün axşam məşqə də çıxacaq. “Qarabağ” səfərə 19 futbolçu ilə yollanıb.
Xatırladaq ki, “Turan” – “Qarabağ” oyunu sentyabrın 23-də keçiriləcək və saat 16:00-da start götürəcək.
