22 sentyabr 2012 15:08

Partizanın idman direktoru Neftçinin ittihamlarını cavablandırdı

Serbiyanın “Partizan” klubunun idman direktoru Lyubişa Tumbakoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Bəzi məqamlara görə mən heç-heçədən tam razıyam. Biz səliqəli oynadıq, çoxlu qol vəziyyətləri yaratdıq. Sadəcə, bunlardan istifadə edə bilmədik. “Neftçi” təəccübləndirməyi bacaran komandadı. Milan “İnter”i və Kazan “Rubin”indən geri qalsalar da, ciddi kollektivdi. Biz bunu rəqibi analiz edərkən də anlamışdıq. Onların heyətində kim, harda və necə oynamaq lazım olduğunu yaxşı bilirlər”.
 
“Partizan”ın rəsmisi oyundan sonra baş verən qalmaqala da toxunub. Saşa Stamenkoviçlə Vladimir Stoykoviç arasında baş verənlərdən danışarkən o, bunları söyləyib: “Mən Saşanın Vladimir haqda açıqlamalarını ədalətsiz hesab edirəm. Ümumiyyətlə, Stoykoviçdən söhbət gedəndə, ona hörmət etmək lazımdı. Düzdü, oyundan öncə və sonra təxribata çəkmə meylləri hiss olunurdu. Amma bütün bunlar idmanın bir hissəsidi. Oyundan sonra bəzi oyunçularımız çox emosional idilər. Əksəri gənclərdi. Bunu böyük səhv kimi qələmə vermək olmaz”.
 
Tumbakoviç qonaq komandanın bəzi məqamlara görə narazı qalmasına da münasibətini açıqlayıb: “Fikrimcə, biz onları qonaqpərvərliklə qarşıladıq. Hər şey fantastik idi. Onların baş məşqçisinin dediklərini başa düşə bilmirəm. Amma o, yaşlı inşandı və mümkündü ki, bir çox şeylərdən xəbəri yoxdu. Düzü heç onların baş məşqçisinin kim olduğunu da dəqiqləşdirə bilmədim. Orda bir gənc də var idi, qoca da”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.